"POPumuz var!" verilişinin növbəti qonağı Əməkdar artist, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanov olub.
“Yeni Sabah” xəbər verir ki, aktyor Azərbaycanın bugünkü təhsil səviyyəsindən danışıb. O, vəziyyətin heç də qənaətbəxş olmadığını deyib:
“Mən bir vətəndaş kimi deyə bilərəm ki, təhsilin səviyyəsi o qədər də qənaətbəxş deyil. Hər şey təhsildən başlayır. Hər şeyin kökü təhsildir. Televiziya, səhiyyə sistemi, yaxşılıq, pislik, pozitiv, neqativ hamısı təhsildən başlayır. Ona görə mən bunu demişəm, deyirəm və həmişə deyəcəyəm ki, təhsilimiz yüksək səviyyədə olmalıdır. Hara gedirəm hamı bir nəfər kimi deyir ki, 8-ci sinifdən qızım filan müəllimin yanına gedir, oğlum 9-cu sinifdən repetitor yanına gedir”. Bizim vaxtımızda bu qədər şey olmayıb. Bizim vaxtda dərsdən sonra bir müəllimin yanına gedənə pis baxırdılar. Mən riyaziyyatdan müəllim yanına getmişəm, o da axırıncı sinifdə. Sonra qəbul imtahanına gələndə başa düşdüm ki, boş şeylərdir, sən demə, hamısını özüm bilirdim. Yəni bizim belə güclü müəllimlərimiz olub”. Dominos pizza
Verilişdən bəzi hissələri sosial şəbəkədə yayan Murad Arifin paylaşımına Əməkdar artist Nüşabə Ələsgərli də fikirir bildirib. Xanım müğənni cavab yazaraq T. İmanovun tənqidi fikirlərinə dəstək verib.
“Düppədüz, təhsilsiz insan həyatın bütün sahələrində kor kimi olur. Münasibəti də, yaşayışı da, dünyaya baxışı da naşı olur”.
Telegram kanalımız