Tahir Kərimli qadınların 1460 manat maaşla sürücü işləməsinə qarşı deyil

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimli qadınların 1460 manat maaşla sürücü işləməsinə qarşı deyil

Sosial

23 May 2025 11:02 331


“Qadınların avtobus sürücülyünə cəlb edilməsinə çox yaxşı baxıram. Bu, Bakıda, ümumilkdə, Azərbaycanda sürücülük mədəniyyətinin yüksəlməsinə də kömək edəcək. Əlbəttə, çətinliklər var, amma ödəsindən gəlinər. Narahat olmağa dəyməz ki, avtobuslar xarab olanda onu kim təmir edəcək. Çünki artıq səyyar avtomobil təmiri xidmətləri var”.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Patiyasının sədri Tahir Kərimli deyib.

O, “Bakubus” MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elanına münasibət bildirib: Sezar pizza

“Avtobuslarda qeyri-etik halların olmasına gəlincə, indiki müasir avtobuslarda kameralar quraşdırılıb. Ciddi nəzarət var. Belə hallar baş verdikdə dərhal sərnişinlər məsuliyyətə cəlb oluna bilərlər. Bir sözlə, qadınların avtobus sürücüsü kimi çalışmalarını hətta alqışlayıram".

Xatırladaq ki, “Bakubus” MMC-nin qadınların sürücülüyə cəlb olunması ilə bağlı elan verib. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 AZN məbləğində müəyyən olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!