“Vəhdət Partiyasının iyunun 14-də növbədənkənar qurultay keçirməsinin səbəblərindən biri Baş Məclisin yeni üzvlərinin təsdiq olunması ilə bağlıdır. Bu, prosedur qurultayın səlahiyyətindədir, legitimliyə görə mütləq qurultay keçirmək lazımdır”.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
O qeyd edib ki, toplantıda Mərkəzi Nəzarət-Təftiş Komissiyası da yenidən formalaşdırılacaq: “Nizamnaməyə də dəyişiklik nəzərdə tutulur”. pizza mizza
T. Kərimlinin sözlərinə görə, qurultayda yeni sədr də seçilə bilər:
“Arzum budur ki, daha gənc, enerjili siyasətçi rəhbər olsun. Özüm isə partiyada daha sakit bir işdə təmsil olunmaq, müəyyən məsələlərdə sədrə kömək etmək istəyərəm. Gənclərin partiyaya cəlb olunması, yeni istiqamətlərin müəyyən olunması vacibdir. Ona görə də təklif etmək istəyirəm ki, rəhbərlik dəyişsin. Hər şey qurultayın səlahiyyətindədir. Ümid edirəm ki, qurultay nümayəndələrini inandıra biləcəyəm”.
Telegram kanalımız