Tahir Kərimlinin Vəhdətdəki yerini o tutdu

saytların hazırlanması

Evə çatdırılma

Tahir Kərimlinin Vəhdətdəki yerini o tutdu

Siyasət

14 İyun 2025 12:11 559


Bu gün Vəhdət Partiyasının növbədənkənar VI qurultayı keçirilir.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, qurultayın gündəliyinə yeni sədrin seçilməsi, Baş Məclisin yeni üzvlərinin təsdiq olunması, Nizamnaməyə dəyişiklik və s. daxildir.

Partiyanın hazırki sədri Tahir Kərimli növbəti müddətə namizədliyini irəli sürməyəcək. O, sədr olmasa da, partiya həyatında bundan sonra da aktiv iştirak edəcək. Sədrliyə namizəd partiya sədrinin müavini, məşhur politoloq Adəm İsmayıl Bakuvidir.  Marqarita pizza

A.İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur, yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.

1994-cü ildə yaradılan partiyaya 1998-ci ildən Tahir Kərimli rəhbərlik edib. T.Kərimli Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (1992–1993), İsmayıllı rayon XDS-nin deputatı (1990–1993), Azərbaycan Ali Sovetinin deputatı (1990–1995), Azərbaycan Respublikasının Milli Məclisi V və VI çağırış deputatı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!