Tahir Mirkişili İrəvana niyə getmək istəmir?

saytların hazırlanması

Evə çatdırılma

Tahir Mirkişili İrəvana niyə getmək istəmir?

Siyasət

27 Oktyabr 2025 13:29 469


Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.

O deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: pizza mizza

“Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib.

Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Buna görə də İrəvanda keçirləcək plenar iclasda iştirak etməyəcəyik. Bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil”.

Xatırladaq ki, 2022-ci il fevralın 21-də Milli Məclis deputatları Tahir Mirkişili və həmkarı Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün İrəvana səfər etmişdi.

Tahir Mirkişili hətta sosial şəbəkə hesabında İrəvandan post paylaşmışdı:

"İrəvanda xal qalmadı, o xal nə xaldır... İrəvanda gəzdikcə ən çox bu mahnı nədənsə yada düşür. Su çərşənbəmiz mübarək!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!