Tailand hərbçiləri Rusiya gəmisini saxlayıblar

saytların hazırlanması

Evə çatdırılma

Tailand hərbçiləri Rusiya gəmisini saxlayıblar

Dünya

01 Sentyabr 2025 19:28 389


Tailand Hərbi Dəniz Qüvvələri Phuket sahilləri yaxınlığındakı ərazi sularında Rusiya gəmisini saxlayıb.

Oxu.Az bu barədə "The Thaiger" qəzetinə istinadla yazır.

Söhbət Vanuatu bayrağı altında üzən "Blene" balıqçı gəmisindən gedir. "Blene" ilə əlaqə qurmaq cəhdləri uğursuz olduqdan sonra gəmi Phuket sahillərindən 37 km aralıda ələ keçirilib. Marqarita pizza

Baxış zamanı gəmidə heç bir ov ləvazimatı və ya qadağan olunmuş cisimlər aşkar edilməyib. Kapitan hərbçilərə gəminin satış üçün Rusiyadan Banqladeşə getdiyini təsdiqləyib. O bir ay əvvəl Rusiyanı tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!