Tailandın cənubunda yerləşən Hatyay şəhərində bir neçə gündür davam edən güclü daşqınlar nəticəsində ölənlərin sayı 160 nəfəri ötüb.
“Yeni Sabah” TASS-a istinadən xəbər verir ki, ölkənin turizm polisi 17 hoteldən turistlərin təxliyəsi həyata keçirib.
The Nation yazır ki, daşqınlar Sonqkhla əyalətində geniş miqyaslı fəsadlara yol açıb və 465 mindən çox sakin təbii zərər çəkib. Bir çox yaşayış məntəqələri su altında qalıb, yollar bağlanıb, elektrik və su təchizatında fasilələr yaranıb. Dördpendirli pizza
Tailandın Sel Fəlakətləri ilə Mübarizə Mərkəzi bildirib ki, daşqınların 162 nəfərin ölümünə səbəb olub. Fövqəladə xidmətlər bölgədə axtarış-xilasetmə işlərini davam etdirir, sakinlər və turistlər təhlükəsiz zonalara köçürülür.
İlhamə Qasımlı
Telegram kanalımız