Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb - Fotolar

Hadisə

04 Dekabr 2020 15:17 736


Mingəçevir Şəhər Polis Şöbəsinin  əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə,  şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona  ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub.  Buna baxmayaraq L.Səfərov  olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə  sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub. Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb. Sezar pizza

L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!