Taksi sərnişini 3,5 kiloqram marixuana ilə yaxalandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Taksi sərnişini 3,5 kiloqram marixuana ilə yaxalandı - Foto

Kriminal

29 İyun 2020 10:44 934


Zaqatala Rayon Polis Şöbəsi və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a məlumat verilib.

Bildirilib ki, Dövlət Yol Polisinin stasionar postunda taksi fəaliyyəti ilə məşğul olan “VAZ 2106” markalı avtomobilin sürücüsünə “Saxla” əmri verilib. Dördpendirli pizza

Həmin avtomobildə sərnişin qismində əyləşən Gəncə şəhər sakini Rüstəm Məmmədovun narkotik vasitə istifadə etməsinə və üzərində daşımasına dair əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşları tərəfindən R.Məmmədov saxlanılaraq, Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ona məxsus çantadan 3 kiloqram 500 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!