Taksi şirkəti 40 min cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Taksi şirkəti 40 min cərimələndi

Sosial

15 May 2025 20:12 352


Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.

Yenisabah.az Avtosfer.az-a istinadən xəbər verir ki, “Milli Taxi” MMC 40 min manat cərimələnib.

Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib. Sezar pizza

Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!