Yasamal rayonunda taksi sürücüsünə qarşı quldurluq edən şəxslərin həbs müddəti uzadılıb.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə təqsirləndirilən Tehran Güləliyev, Elşad Paşayev və İlham Sultanov barəsində həbs müddəti hakim Rəşad Cavadzadə tərəfindən uzadılıb.
Xatırladaq ki, quldurluq cinayəti bu il yanvarın 27-də saat 04:00 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində qeydə alınıb. 2 nəfər naməlum şəxsin Bakı şəhər sakini, 1969-cü il təvəllüdlü X.Səfərovun baş nahiyyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Şevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub. Daxil olan müraciət əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunan 2000-ci il təvəllüdlü Tehran Ehram oğlu Güləliyev, 2002-ci il təvəllüdlü Elşad Zaur oğlu Paşayev və 1996-cı il təvəllüdlü İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar. Pepperoni pizza
Azər İsrafilov
Telegram kanalımız