Taksi sürücüsünü soyan keçmiş məhkum tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Taksi sürücüsünü soyan keçmiş məhkum tutuldu

Kriminal

19 Oktyabr 2021 19:54 877


Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ş.Teymurov oktyabrın 17-də Novxanı bağlar sahəsində idarə etdiyi “Mercedes” markalı avtomobilində olan şərnişinin onu bıçaqla hədələyib 60 manat pulunu aldığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.İsgəndərov müəyyən edilərək saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!