Taksilər hansı qaydalarla işləyəcək? - Açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Taksilər hansı qaydalarla işləyəcək? - Açıqlandı

Sosial

02 May 2020 16:39 1057


Pandemiya dövründə taksilərin fəaliyyətinə dair qaydalar müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib.

Məlumata görə, şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Həmçinin, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır. Dördpendirli pizza

Qərarda bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalı olduğu qeyd olunub. Sürücülər isə bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!