Tale Bağırzadənin şəkli olan tortu kəsib, dini mahnı oxudular - Video

Tale Bağırzadənin şəkli olan tortu kəsib, dini mahnı oxudular - Video

Hadisə Saytların hazırlanması

13 Fevral 2023 19:40 2430


Bakıda Tale Bağırzadəyə doğum günü keçirib tort kəsən bir qrup şəxsin videosu yayılıb.

Yenisabah.az-ın redaksiyasına göndərilən görüntülərdə bir qrup şəxsin dini mahnı sədaları altında hazırda həbsdə olan Taleh Bağırzadəyə ad günü keçirmələri və onun şəkli olan tortu kəsmələri əks olunub. Tədbirin Müşfiqabad qəsəbəsində keçirildiyi bildirilib.

Heç bir məntiqə sığmayan və gülünc görünən bu hərəkətin iştirakçıları hətta Xomeinin adını da çəkməkdən çəkinməyiblər. 

Xatırladaq ki, Tale Bağırzadə 2015-ci ildə baş vermiş "Nardaran hadisələri"nin təşkilatçısı kimi həbs olunmuşdu. 

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Daxili İşlər Nazirliyi və nazirliyin Daxili Qoşunları xüsusi əməliyyat keçirdi. Xüsusi əməliyyat nəticəsində müqavimətçilərdən 5 nəfər həlak olmuş, 4-ü yaralanmış, habelə 2 nəfər polis də şəhid olmuşdur. Xüsusi əməliyyat zamanı Tale Bağırzadə də daxil olmaqla, ümumilikdə 14 nəfər saxlanıldı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 20 il müddətinə azadlıqdan məhrum edildi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!