Taleh Yüzbəyov yaşlı həmkarından gileyləndi: “Tərziniz köhnədir”

saytların hazırlanması

Evə çatdırılma

Taleh Yüzbəyov yaşlı həmkarından gileyləndi: “Tərziniz köhnədir”

Şou

05 Mart 2024 15:36 799


Taleh Yüzbəyov ad çəkmədən yaşlı aktyorlardan birinə söz atıb.

Yenisabah.az xəbər verir ki, o, paylaşımında qeyd edib:

“Bu yaxınlarda yaşlı və bəyəndiyim bir aktyoru gördüm. Kiçiklik edib, yaxınlaşıb görüşdüm. Saymazyana salamlaşdı. İkinci dəfədir belə edir. Gələn dəfə görüşəndə ayağımı uzadacağam. Dominos pizza

Bir çox yaşa dolmuş sənətkarlarımızla rastlaşmağa imkanım olub. Aralarında sadə və səmimiləri də az olmayıb. Onlara quzu kəsərəm. Necəsə dəstək olmağa çalışıblar, məsləhətlər veriblər. Amma çoxu niyəsə özünə gedib. Eqo və nifrət dolu baxışlarını az görməmişəm. Heyf, qocala bilmir çoxu. Elə bil təzə nəslə rəqib kimi baxırlar. Elə bilirlər, biz də onlar kimi dövlətdən nəsə qaxmarlamağa gəlmişik. Nəsə umuruq. Vallah, şəxsən mən nə sizdən, nə də dövlətdən nəsə umuram.

Bəziləriniz istedadlısınız, bəziləriniz yox. Sizdən öyrənəsi şey də çox deyil. Tərziniz köhnədir. Yenilikləri izləmirsiniz, yeni filmlərə baxmırsınız, yeni aktyor oyunu məktəblərini bilmirsiniz. Biz də sizdən qumara getmək, ad üstündə hər cür oyundan çıxmaq, ev almaq üçün hər şeyə razı olmağı öyrənmək istəmərik. Sadəcə böyük olun. İnsan kimi böyük olun. Yaradıcı insan kimi olun. Çünki cılız insan, böyük işlər görə bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!