Talehlə Əlixanın cavabı verildi: “Küçə söhbətləri edirlər”

saytların hazırlanması

Evə çatdırılma

Talehlə Əlixanın cavabı verildi: “Küçə söhbətləri edirlər”

Şou

07 Mart 2024 14:17 1768


Bir neçə gün öncə aktyor, vloqer Taleh Yüzbəyov və Əlixan Rəcəbovun yaşlı aktyorlar haqda səsləndirdiyi fikirlər müzakirələrə səbəb oldu. 

T.Yüzbəyov bəzi yaşlı sənətçilərin ona salam vermək istəmədiyini, eqo və nifrət dolu baxışlarla baxdığını bildirib. 

Ə.Rəcəbovsa bir qədər də irəli gedərək yaşlı nəslin aktyor nümayəndələrini təhqir edib: “Mənimlə paralel təhsil alan rejissorlar, aktyorlar bu gün işsizdir. Çünki kişmiş, avokado beyinli qocalar onları həvəsdən salıb, ümidlərini qırıb, hörmət etməyib”.  pizza sifarişi

Məsələ ilə bağlı Yenisabah.az-a danışan aktyor Allahverdi Yolçuyev bildirib ki, bu sözləri hər kəsə şamil etmək olmaz. 65 yaşlı sənətçi hər zaman gənclərə dəstək olduğunu qeyd edib: 

“Mən hər zaman müsahibələrimdə, efirlərdəki çıxışlarımda gəncləri dəstəkləmişəm. Hamı tutduğu yerdən yapışıb orada əl çəkmək istəmir, amma bu, düzgün deyil. Tək aktyorluqda deyil, hər sahədə gənclər ölkənin, millətin gələcəyidir. Əlbəttə ki, əgər gənclər düzgün yolla gedirlərsə, bu belə olacaq. 

Yəqin ki, yaşlı nəsil ona görə inciyir ki, gənclər bir qədər küçə söhbətləri edir, sənətdən uzaq addımlar atırlar. Yaşlı sənətkarlar bunu belə, təhsili, diplomu olmayan gənclərə aid edə bilər”. 

A.Yolçuyev həm Taleh Yüzbəyovun, həm də Əlixan Rəcəbovun istedadlı olduğunu deyib: 

“Taleh Yüzbəyov çox istedadlı rejissordur, mən bunu həmişə onun özünə də demişəm. Hər zaman arzu etmişəm ona imkan versinlər ki, yaxşı filmlər çəksin. Əlixan da istedadlı aktyordur. Yaşlı nəsil çox nahaq yerə bu gənclərə badalaq vurur. 

Onlar öz rolları ilə çoxsaylı tamaşaçılar qazanıblar, gənclər onları sevir. Bundan əlavə, onlar məntiqli, maraqlı çəkilişlər edirlər, müasir dövrlə ayaqlaşırlar. İstər yaşlı olsun, istər cavan, istedad buna baxmır, istedad pulla satılmır. Fitri istedad anadangəlmə olur, daha sonra təhsil alıb bunu təkmilləşdirirsən. Təkrar edirəm: Gənclərə badalaq vurmaq olmaz! Qoy gənclər bizi tənqid etsinlər, eybi yoxdur, amma Azərbaycan mədəniyyətini qorusunlar, əsl sənəti yaşatsınlar, mənasız sabun köpüyünü yox”. 

Sənətçi professional şəkildə səhnəyə çıxa bilmək üçün təhsilin vacib olduğunu vurğulayıb: 

“Təhsil lazımdır. Düzdür, bizim dahi aktyorlarımız olub ki, onların təhsili olmayıb, məsələn, Əliağa Ağayev, Nəsibə Zeynalova. Nəsibə xanım uzun illər sonra gedib təhsil aldı. Amma belə bir məsələ var, onlar sənətkarlarla yanaşı inkişaf ediblər, onlardan görüb-götürüblər. Nəsibə Zeynalova gözünü açıb evdə sənət adamlarını görüb. Bəzən belə istisnalar olur, lakin təhsil mütləqdir. İntellektin inkişafı, teatr sənətini dərindən duymaq üçün təhsil önəmlidir. Professional səhnə tamamilə fərqlidir, bu səhnənin öz qanunları, qaydaları var. Ölkə hüdudlarından kənara çıxmaq üçün təhsil mütləq olmalıdır. 

Tamaşaçını güldürməklə bərabər, düşündürməyi də bacarmalısan. Bir anlıq gülüş yaratmaq sənət demək deyil”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!