Talıb Tale koronavirusdan qorunmağın yolunu tapıb – Foto   + Video

saytların hazırlanması

Evə çatdırılma

Talıb Tale koronavirusdan qorunmağın yolunu tapıb – Foto + Video

Şou

08 İyul 2020 10:11 3411


Müğənni Talıb Tale görüntüləri ilə hər kəsi təəccübləndirib. 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında dəniz kənarında məşq edərkən çəkilən görüntülərini paylaşan ifaçı izləyicilərinə məsləhət verib. O, paylaşımına "Hazırki dövrdə hər birimizə möhkəm immunitet lazımdı. Bu baxımından açıq hava və hərəkət əvəz olunmazdır. Mənim öz subyektiv fikrimcə test verib nəticələri neqativ çıxan şəxslərə rayonlara və ya çimərliyə istirahətə icazə vermək məqsədə uyğun olardı. Bu həm də əhalinin daha çox testə cəlb olunmasına gətirib çıxardacaq. Yenə də çalışaq mümkün qədər idmanla məşğul olaq. Hər birinizə sağlam can arzu edirəm" - deyə şərh verib. 

Həmin görüntüləri təqdim edirik: pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!