Evlənməyə hazırlaşan müğənni Talıb Tale ilk dəfə şəxsi həyatından danışıb.
Yenisabah.az teleqraf.com-a istinadla xəbər verir ki, o, ilk dəfə nişanlısından söz açıb:
"Toy mərasimi mayın 25-də məkanların birində baş tutacaq. Məclisə çox az sənət adamları dəvət edilib. Əsas qohumlarımız iştirak edəcəklər. Nişanlım Bahar xanım uzaq qohumdur. Bu haqda çox danışmaq və gündəmə gəlmək istəmirəm. Hər şey yaxşıdır. Xoşbəxtəm!" Dominos pizza
İfaçı onu da deyib ki, şəxsi həyatını mediadan uzaq tutur:
"Əslində, mən çoxdan nişanlıyam, bunu sirr saxlayırdıq. Amma konsertə Bahar xanımla birlikdə gedəndə media tərəfindən şəkillərimiz yayıldı. Onu da deyim ki, şəxsi həyatımı gizli saxlamıram. Evlənirəm və nişanlımı da gördünüz".
Telegram kanalımız