Talıb Taleni təyyarəyə buraxmadılar   - Video

saytların hazırlanması

Evə çatdırılma

Talıb Taleni təyyarəyə buraxmadılar - Video

Şou

03 Sentyabr 2021 12:47 1737


Müğənni Talıb Taleni Azərbaycana gələrkən təyyarəyə buraxılmayıb.

Yenisabah.az xəbər verir ki, Gürcüstanda olan sənətçi bunla bağlı açıqlama yayıb. O bildirib ki, biletlərini ləğv edib, başqasına satıblar:

"Tbilisidəyəm, doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsiylə xaricə səfər etdik. Oradan  Covid-19 pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də Covid pasportu ilə Gürcüstana geri döndük. Gürcüstandan Bakıya qayıdanda "Buta" şirkəti bizi təyyarəyə buraxmadı. Bildirdilər ki, vaxtında Covid-19 testi verməlisiniz. Digər ölkələrdə bizim Covid pasportumuz qəbul olunur, öz ölkəmizdə yox. Bizim biletlərimizi gözümüzün qabağında başqa vətəndaşlara satdılar. Onlar da bir gün əvvəl bizim problemi yaşayıblar. Covid pasportu ilə ancaq ölkəmizi tərk edə bilirik. Geri qayıdanda test verməliyik". pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Ayy giijiii..... Covid pasportu olmaq yoluxmamaq demək deyil.Belke sen hansısa ölkədə yoluxub gelirsen?Testini ver gel.Buta duz edib ele seni buraxmayıb.Gedin qaydalara qanunlara hörmət etməyi bacarın.
    5 years ago