Əfqanıstanda Milli Barışıq Ali Şurasının rəhbəri Abdullah Abdullah, Əfqanıstanın keçmiş prezidenti Həmid Qərzai və İslam Partiyasının lideri Gülbəddin Hikmətyar radikal "Taliban" hərəkatının rəhbərliyini formalaşdırmaq niyyətində olduğu Əfqanıstanı idarə etmək üçün şuraya qoşulacaqlar.
Yenisabah.az "Ariana News"a istinadən xəbər verir ki, bu 3 siyasi fiqur hakimiyyətin dinc keçidi üçün Koordinasiya Şurası yaradıb.
Onlar Əfqanıstan cəmiyyətini geniş şəkildə təmsil edən bir hökumət də daxil olmaqla yeni səlahiyyətlər qurmaq məqsədi ilə hərəkatın nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Toyuqlu pizza
"Foreign Policy" jurnalı bazar ertəsi günü Taliban liderlərinə yaxın mənbələrə istinadən xəbər verib ki, hərəkat Əfqanıstanı idarə etmək üçün ölkənin əvvəlki hökumətinin bəzi üzvləri də daxil olmaqla, 12 nəfərdən ibarət bir məclis qurmaq niyyətindədir.
Şurada ən nüfuzlu üç adam, "Taliban" siyasi qanadının lideri Əbdülqəni Bəradər, hərəkatın qurucusu Molla Ömərin oğlu və hərbi komandanlığın rəhbəri Mövləvi Yaqub və səhra komandiri, "Haqqani Şəbəkəsi" qrupunun lideri Sirəcəddin Həqqani olmalıdır.
"Taliban" Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etmək istəmir.
Telegram kanalımız