“Taliban“ beş nəfəri öldürən şəxsi edam etdi 

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ beş nəfəri öldürən şəxsi edam etdi 

Maraqlı

20 İyun 2023 15:51 870


Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatı Lağman əyalətində bir nəfəri ictimaiyyət qarşısında edam edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. 

Əfqanıstan Ali Məhkəməsi edam edilən şəxsin beş nəfərin qətlində təqsirli bilindiyini açıqlayıb.  Toyuqlu pizza

Edam hökmü "Taliban" rəsmilərinin iştirakı ilə həyata keçirilib və qeyd olunub ki, cəza şəriət qanunlarına uyğun icra edilib. 

Bildirilir ki, bu, 2021-ci ildə "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra ikinci rəsmi edamdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!