“Taliban“ hökumətində qadınlar da vəzifə tutacaq

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ hökumətində qadınlar da vəzifə tutacaq

Dünya

09 Sentyabr 2021 15:06 890


Əfqanıstan hökumətində qadınlar üçün vəzifələr olacaq.

Yenisabah.az "BFMTV" telekanalına xəbər verir ki, bunu "Taliban" sözçüsü Zəbiullah Mücahid bildirib.

Fransa telekanalına açıqlamasında Mücahid indiki hökumətin müvəqqəti olduğunu qeyd edib. Marqarita pizza

"Taliban" sözçüsü bildirib ki, gələcəkdə qadınlar üçün vəzifələr təşkil ediləcək.

O, vəzifələrin şəriət qanunlarına uyğun təşkil ediləcəyini qeyd edib: "Qadınlar, yeni Əfqanıstan hökumətinin bir hissəsi ola bilər, ancaq bu, "Taliban"ın ölkəni idarə etməsində "ikinci addım" olacaq.

Bundan əlavə, "Taliban"çı hər nümayiş və mitinqin yeni Ədliyyə Nazirliyinin qanuni nəzarəti altında olmasını istədiyini vurğulayıb.

Bundan əvvəl Əfqan qadınları təhsil və məşğulluq imkanlarından narazılıqlarını Kabildə keçirdikləri mitinq zamanı bildiriblər. "Taliban" onlara qarşı gözyaşardıcı qazdan istifadə edərək tələblərə cavab verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!