“Taliban“ Kabildə keçən aksiyanı dağıtmağa çalışır

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ Kabildə keçən aksiyanı dağıtmağa çalışır

Dünya

07 Sentyabr 2021 17:18 1018


"Taliban" hərəkatının yaraqlıları jurnalistlərə Kabildə baş verən etiraz aksiyalarını çəkməyə icazə vermirlər.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli "Tolo News" telekanalının rəhbəri Lütfulla Nəcəfizadə öz Twitter səhifəsində məlumat yayıb.

“Media təmsilçilərinin kameraları əllərindən alınır, jurnalistlərdən atəş çəkiliş aparmamaları istənilir və bəzilərini isə hadisə yerindən uzaqlaşdırırlar. Etirazçılar silahlı müşayiətlə Kabildə yürüşlərini davam etdirirlər. Etiraz etmək azadlığı və bunu çatdırma azadlığı haradadır?", - deyə Nəcəfizadə ritorik sual verib. pizza hut

Telekanal rəhbərinin bundan əvvəl "Twitter"də yazdığı kimi, yüzlərlə əfqan bu gün Pakistanı tənqid edən şüarlar altında Kabildə etiraz aksiyası keçirib.

Etirazçılar Pakistan əleyhinə şüarlar səsləndirir, İslamabadı Əfqanıstanın daxili işlərinə qarışmaqda günahlandırırlar.

"Taliban" yaraqlıları etirazçıları dağıtmaq üçün havaya atəş açıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!