“Taliban” liderləri sanksiya siyahısından çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” liderləri sanksiya siyahısından çıxarıldı

Dünya

23 Sentyabr 2021 16:16 802


BMT Təhlükəsizlik Şurası (TŞ) “Taliban”ın 14 yüksək rütbəli məmuruna qarşı sanksiyaların dayandırılması ilə bağlı ABŞ-ın müraciətini daha 3 ay müddətinə uzadıb.

Yenisabah.az “Fars News”a istinadla xəbər verir ki, TŞ-nin qətnaməsi ilə bir çox “Taliban” liderlərinə qoyulan qadağa ləğv edilib.

14 nəfər arasında Molla Bəradər, Abbas Stanekzai, Salam Hənəfi, Əmir Xan Mottəqi, Xeyrullah Xeyrxah və Nurullah Nuri var. Pepperoni pizza

Onlar əvvəllər terror aktları və insan haqlarının pozulması ittihamı ilə sanksiya siyahısında olub.

BMT Təhlükəsizlik Şurası, səyahət qadağasının istisnanın yalnız Əfqanıstan sülh prosesinin bir hissəsi olduğunu açıqlayıb.

Şuranın bu addımı “Taliban” rəsmilərinin artıq sülh danışıqlarının aparıldığı Dohaya gedə bilməsi üçündür. 

İstisna sentyabrın 23-dən dekabrın 22-dək davam edərək 90 günlük müddəti əhatə edir.

Kabildəki müvəqqəti "Taliban" hökumətinin müvəqqəti Baş naziri Məhəmməd Həsən Axund da sanksiya siyahısındadır.

Müvəqqəti hökumət Süheyl Şahini qrupun BMT-dəki daimi nümayəndəsi təyin edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!