“Taliban” Pakistana xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

“Taliban” Pakistana xəbərdarlıq etdi

Dünya

22 Fevral 2026 12:02 298


"Taliban" hərəkatının başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökuməti son hava zərbələrinə cavab verəcəyi barədə Pakistana xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Mehr" xəbər agentliyi məlumat yayıb.

"Taliban" administrasiyasının müdafiə nazirliyi Pakistan aviasiyasının Nanqarhar və Paktika vilayətlərinə zərbələr endirdiyini bildirib. Dördpendirli pizza

Kabildəki "Taliban" nümayəndələri İslamabadın zərbələrinin "Təhriki Taliban" (Pakistan Talibanı Hərəkatı) hərəkatının bazalarına yönəldilməsi barədə bəyanatlarını rədd ediblər. Məlumatlara görə, Paktika vilayətində son hava əməliyyatı zamanı dini məktəb vurulub.

Bu arada, Pakistanın informasiya naziri zərbələrin Əfqanıstan sərhədi yaxınlığında "Təhriki Taliban" və İŞİD-in sığınacaqlarına endirildiyini bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!