“Taliban“ yeni hökumətin andiçmə mərasimimi ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ yeni hökumətin andiçmə mərasimimi ləğv etdi

Dünya

10 Sentyabr 2021 17:11 1153


"Taliban" yeni Əfqanıstan hökumətinin inauqurasiya mərasimini ləğv edib.

Yenisabah.az xəbər verir ki, qrupun Mədəniyyət Komissiyasının yüksək vəzifəli üzvü İnamullah Samanqani bu barədə "Twitter" səhifəsində məlumat yayır.

"Yeni Əfqanıstan hökumətinin andiçmə mərasimi bir neçə gün əvvəl ləğv edilib. Artıq xalqı çaşdırmaq istəmədiyimiz üçün "Taliban" rəhbərliyi kabinənin bir hissəsini təqdim edib, hökumət artıq işinə başlayıb. Andiçmə mərasiminin sabah, 11 sentyabrda olacağı ilə bağlı yayılan xəbərlər doğru deyil", - deyə Samanqani qeyd edib. pizza mizza

Xatırladaq ki, "Taliban" qrupu 11 sentyabr 2021-ci ildə Rusiya, İran, Çin, Qətər və Pakistanı andiçmə mərasimində iştiraka dəvət etmişdi.

Kremlin sözçüsü Dimiry Peskov bu gün Moskvanın heç bir şəkildə mərasimə qatılmayacağını açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!