“Taliban“çı baş nazir: o kimdir?

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“çı baş nazir: o kimdir?

Dünya

08 Sentyabr 2021 13:56 1544


Əfqanıstanın yeni baş naziri kimdir?

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, sentyabrın 7-də "Taliban" müvəqqəti hökumətinin tərkibini açıqlayıb.

Dohada keçirilən ABŞ-"Taliban" danışıqlarında ən nüfuzlu şəxslərdən biri olmuş Məhəmməd Həsən Axund ölkənin yeni baş naziri təyin edilib. pizza

Axund 2001-ci ilin yanvarından ABŞ-ın sanksiyaları altındadır.

Məhəmməd Həsən Axund 1990-cı illərdə sabiq "Taliban" hökumətində xarici işlər naziri vəzifəsini tutub.

2001-ci ildə "Taliban"ın süqutundan bəri o, liderlər şurasının sədridir.

Əfqanıstanın yeni baş naziri əslən Qəndəhar əyalətindən, puştu mənşəlidir və ailə kökləri Əfqanıstanın qurucusu Əhməd Şah Dürraniyə gedib çıxır.

Əfqanıstanın yeni baş nazirinin dünyəvi təhsili yoxdur, yalnız Pakistandakı dini mədrəsədə oxuyub.

70 yaşlı Molla Məhəmməd Həsən din xadimindən daha çox siyasətçidir və "Taliban" liderlər şurasında hərbi məsələlər sahəsində çox nüfuzludur.

"Taliban"çı baş naziri qrupun keçmiş lideri Molla Məhəmməd Ömər və indiki rəhbər Molla Heybətullah Axundzadəyə yaxınlığı ilə fərqlənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!