“Taliban“ın 2 lideri haradadır? - İddia

saytların hazırlanması

Evə çatdırılma

“Taliban“ın 2 lideri haradadır? - İddia

Dünya

14 Sentyabr 2021 15:16 934


“Taliban”ın 2 lideri ictimai nəzərdə itib.

Yenisabah.az “Guardian”a istinadla xəbər verir ki, buna görə də onların sağ olub-olmadığı mübahisə doğurur.

İtkin cütlükdə ilk şəxs “Taliban” lideri Molla Heybətullah Axundazadədir. Dominos pizza

Kabilin silahlı qruplaşmanın əlinə keçməsindən sonra belə Axunzadə gözə görünməyib.

Onun ölümü ilə bağlı şayiələr hələ də nə təsdiqini, nə də inkarını tapıb.

Axunzadənin Qəndəharda olduğu deyilsə də, hələ ictimaiyyət arasına çıxmayıb.

Son günlərdə isə “Taliban”ın ikinci adamı Molla Əbdülqəni Bəradər itkin düşüb.

Müvəqqəti hökumətdə baş nazirin müavini vəzəfəsini tutan Bəradərin Həqqani Şəbəkəsi ilə döyüşdə öldürüldüyü və ya ağır yaralandığı barədə şayiələr dolaşır.

“Taliban” sözçüsü Süheyl Şahin “Tvitter” mesajında ölüm iddiaları təkzib edib:

"Əfqanıstan İslam Əmirliyinin baş nazirinin müavini Molla Bəradərin öldürüldüyü və ya yaralandığı ilə bağlı bütün iddiaları yalandır”.

Əbdülqəni Bəradərin əks olunduğu video yayımlanıb. 

Bununla belə, Qəndəharda çəkildiyi iddia olunan videonun köhnə olduğu deyilir.

Yeri gəlmişkən, silahlı qrupun qurucusu Molla Məhəmməd Ömərin də ölümü 2 il gizli saxlanılıb və bu müddət ərzində “Taliban” onun adından bəyanatlar verməyə davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!