Taliblər “Azadlıq” və “Amerikanın səsi”ni kəsdi

saytların hazırlanması

Evə çatdırılma

Taliblər “Azadlıq” və “Amerikanın səsi”ni kəsdi

Maraqlı

01 Dekabr 2022 12:03 702


Əfqanıstanda “Taliban” hərəkatının formalaşdırdığı müvəqqəti hökumət “Azadi” (“Azadlıq” radiosu) və “Amerikanın səsi” radiostansiyalarının FM diapazonunda yayımını qadağan edib. 

Modern.az xəbər verir ki, bu barədə “Khaama Press” informasiya agentliyi Əfqanıstan Mədəniyyət və İnformasiya Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

“Əfqanıstanda “Azadi” və “Amerikanın səsi” radiolarının yayımı ABŞ işğalından sonra başlayıb, indi isə hadisələrin birtərəfli işıqlandırılması və jurnalist etikasına riayət edilməməsi səbəbindən dayandırılır”, - deyə nazirliyin yayıma nəzarət xidmətinin rəhbəri Abdul Haqq Hamada bildirib. pizza mizza

Qeyd edilib ki, hər iki radionun yayımı dekabrın 1-dən dayandırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!