Talıbovu əvəz edən şəxs danışdı

saytların hazırlanması

Evə çatdırılma

Talıbovu əvəz edən şəxs danışdı

Maraqlı

21 Dekabr 2022 15:45 1379


"Bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq".

Yenisabah.az xəbər verir ki, bunu bunu Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov altıncı çağırış səkkizinci sessiyada çıxışı zamanı bildirib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb. Pepperoni pizza

A.Zeynalov əlavə edib ki, fəaliyyəti dövründə dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacaq.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib. Sessiyada Ali Məclisin Sədri Vasif Talıbovun səhhəti ilə bağlı müraciətinə baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Talıbovu bu vəzifədə I müavin Azər Zeynalov əvəz edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!