Ermənistanın Livanda yaşayan erməni ailələrini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi gündəmin əsasə müzakirə olunan məsələlərindəndir.
Bu hadisəni Yenisabah.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, baş verənlər diqqətlə izlənilməlidir:
“Livandakı ermənilərin Ermənistana köçünü diqqətlə izləməliyik. Çünki Ermənistan hakimiyyətlərin illərdir davam edən siyasəti ona yönəlib ki, kənardan gələn ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə köçürülsün. Ermənistan hakimiyyəti bu yolla işğal altındakı əraziləri məskunlaşdırmağa çalışır. Eyni ilə Suriyada müharibə başlayanda varlı ermənilər Qərb ölkələrinə, kasıb ermənilər isə Ermənistana və bir hissəsi işğal altındakı torpaqlara köçürüldü. Ermənistanda doğulan və yaşayan ermənilər Azərbaycanın işğal altındakı torpaqlarına köçmürlər, çünki bunun onlar üçün necə riskli və gələcəkdə müharibənin qaçılmaz olduğunu anlayır. Gəlmə ermənilər isə Dağlıq Qarabağ və digər işğal altındakı rayonları ona görə seçirlər ki, çünki İrəvan onlara başqa alternativ təklif etmir, işğal altındakı ərazilərdə isə onlara ev, heyvan və bir qədər maliyyə verir”. Sezar pizza
Elxan Şahinoğlu Azərbaycanın Beyrutdakı partlayışla bağlı Livana 1 milyon dollar yardım etməsini xatırladıb:
“Ermənistan qardaş adlandırdığı Livana quruca başsağlığı verib, Azərbaycan isə pul ayırıb. Bu, unudulmayacaq. Əlbəttə, bu o demək deyil ki, Livan bu pulun müqabilində gələcəkdə Ermənistanla münasibətlərinə göz gəzdirəcək. Buna baxmayaraq, bizim tam haqqımız var ki, diplomatik kanallarla Livan hökumətinin diqqətinə çatdıraq ki, erməni vətəndaşlarına Azərbaycanın işğal altındakı torpaqlarına məskunlaşmanın necə təhlükəli olduğunu bəri başdan anlatsın. Ancaq orası da var ki, partlayışdan sonra Livan elə vəziyyətdədir ki, kimin hara köçəcəyi rəsmi Beyrutun marağında deyil. Tam əksinə, iqtisadi və sosial xaosa yuvarlanan Livan hökuməti ölkə əhalisinin bir hissəsinin, o cümlədən ermənilərin miqrasiyasını arzulayır”.
Telegram kanalımız