Tamah məqsədi ilə ev sahibini öldürüb mənzilini ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Tamah məqsədi ilə ev sahibini öldürüb mənzilini ələ keçirdi

Kriminal

23 Aprel 2020 09:09 1133


4 il əvvəl kirayə yaşadığı mənzilin sahibini öldürən şəxsin məhkəməsi başlayır. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin  120.2.5-ci (tamah niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Mustafayev Fuad Dilavər oğlunun məhkəmə prosesinə Bakı Ğır Cinayətlər Məhkəməsinin hakimi İlham Məmmədov sədrlik edəcək. Cinayət işində Rəsulov Əli Firudin oğlu və Mirzəliyev Tural Dünyamalı oğlu tanınıb. 

Qeyd edək ki, qətl hadisəsi dörd il əvvəl Abşeron rayonunda törədilib. pizza hut

Tamara Rəsulova oğlu Əli Rəsulovun itkin düşməsi ilə bağlı polisə rəsmi ərizə ilə müraciət edib. 

Aparılan araşdırma zamanı Əli Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə şübhələr olduğundan Abşeron rayon prokurorluğunda F. Mustafayevə cinayət işi açılıb. 

Müəyyən edilib ki, Fuad Mustafayev 2016-cı ilin sentyabrında icarəyə götürdüyü Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulova məxsus əmlakı satıb, pulunu ələ keçirmək üçün tamah niyyəti ilə ona bıçaqla xəsarətlər yetirərək qətlə yetirib. 

Qeyd edək ki, 2018-ci ildə həbs edilən Fuad Mustafayev oğurluq törətdiyi üçün Nizami Rayon Məhkəməsinin hökmü ilə məhkum olunub. 

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!