“Tamamən açıq şəkildə, porno vəziyyətdə...” - Aktrisadan səs-küylü açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Tamamən açıq şəkildə, porno vəziyyətdə...” - Aktrisadan səs-küylü açıqlama

Şou

12 May 2024 09:44 4292


“Abırlı bir geyimdə və heç də yaxın təmas olmadan da açıq-saçıq bir qadın obrazını canlandırmaq mümkündür…” 

Yenisabah.az xəbər verir ki, bu sözləri gənc aktrisa Aydan Ağayeva Yenicag.az-a açıqlamasında deyib. 

Aktrisa “peşəkar aktrisa açıq-saçıq səhnələrə çəkilməlidirmi” sualını cavablandırıb: pizza sifarişi

“Peşəkar aktrisa və aktyor, məncə, hər rola çəkilməlidir. Vacib olan isə onun oynadığı obrazda özünü rahat hiss etməsidir. Çünki həmin obrazı sıxıla-sıxıla oynasa, obraz təbii alınmayacaq. Ondansa, heç oynamasa yaxşıdır.

Özümə gəlincə, mən oynayaram, amma baxır, rejissor o obrazı necə təqdim edəcək? Tamamən açıq şəkildə, porno vəziyyətdə deyil, amma müəyyən çərçivə daxilində təqdim olunsa, oynamaq olar. Hər halda, həyatdan götürülmüş bir obrazdır, bunu da hansısa bir aktrisa oynamalıdır. Xarici ölkələrdə belə belə obrazlarda oynamaq adi haldır. Elə Türkiyənin özündə də aktrisa və aktyorlar rahatlıqla belə açıq-saçıq obrazlara çəkilirlər. Azərbaycanda isə belə səhnələr nadir hallarda çəkilir. Oynayana da normal yanaşıram. Burada qonorar məsələsi də çox önəmlidir. Əgər obraza görə qane edici səviyyədə qonorar verilirsə, oynamaq olar”.

Aydan “Özünüzə bununla bağlı qadağanız varmı” sualını da cavablandırıb:

“Yalan deməyim, çox açıq-saçıq səhnəyə çəkilmərəm. Geyim məsələsində problem yoxdur, geyinərəm, amma təmas məsələsində ifrat dərəcədə yaxınlıq olmadan çəkilərəm. Yəni vacib deyil, tamaşada yaxınlığı açıq-saçıq şəkildə göstərmək, vacib olan onu tamaşaçıya hansı ustalıqla çatdırmaqdır. Abırlı bir geyimdə və heç də yaxın təmas olmadan əxlaqsız bir qadın obrazını canlandırmaq mümkündür”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!