Rok həvəskarlarını maraqlı “Yuxu” gözləyir

saytların hazırlanması

Evə çatdırılma

Rok həvəskarlarını maraqlı “Yuxu” gözləyir

Şou

22 Sentyabr 2020 12:08 1525


Əfsanəvi “Yuxu” rok qrupunun yeni albomu işıq üzü görüb. 

Yenisabah.az xəbər verir ki, bu haqda qrupun sosial şəbəkə hesabında məlumat yayılıb.  

Qrupun gitaristi Namiq Nağdəliyev paylaşım edərək “Xəzərin sahilində” albomunun val versiyasının çıxdığını bildirib. Dördpendirli pizza

Qeyd edək ki, "Yuxu” rok qrupu 1986-cı ildə bass-gitarist İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılıb. Qrupun ilk çıxışı 1987-ci ildə Sumqayıt şəhərində baş tutub.  "Xəzərin Sahilində", "Sumqayıt", "Ölümə çarə yox" kimi mahnılarla məşhurluq qazanan “Yuxu” 2001-ci ildə fəaliyyətini dayandırıb.

Xatırladaq ki, qrupun yaradıcısı İbrahim Emin ötən il 56 yaşında dünyasını dəyişib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!