Tamet sexində yanğın oldu

Tamet sexində yanğın oldu

Hadisə Veb saytların hazırlanması

27 Noyabr 2023 00:04 965


Göygöldə yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb. Qəsəbədə fəaliyyət ümumi sahəsi 315 kvadratmetr olan tamet daşı sexində anidən yanğın baş verib. Dərhal əraziyə FHN-nın Göygöl rayon yanğından mühafisə hissəsinin 2 yanğın söndürən avtomobili cəlb olunub. Yanğın söndürülüb.

Yanğın zamanı sexin 20 kvadratmetr ərazisi yanıb, obyektin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!