Tamilla Məmmədova vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tamilla Məmmədova vəfat etdi - Foto

Sosial

09 İyun 2025 21:42 662


Azərbaycan Rəssamlıq Akademiyasının "Bədii toxuculuq və xalça sənəti" kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tamilla Şahbaba qızı Məmmədova vəfat edib.

Yenisabah.az xəbər verir ki, Tamilla Məmmədova 1946-cı ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə sənətşünaslıq namizədi elmi dərəcəsini alıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində və Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib, Elmi Şuranın ilk elmi katibi olub.

Mərhumə həm yerli, həm də beynəlxalq sərgi və simpoziumların iştirakçısı olub. Marqarita pizza

Onun "Zanbaq" və "Səma" əsərləri Heydər Əliyev adına Hava Limanında, "Abşeron motivləri" və "Qonaqpərvərlik" qobelenləri isə "Azərbaycan" gəmisində sərgilənir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!