Tanınmış aktyor öz restoranında güllələndi: Vəziyyəti ağırdır - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aktyor öz restoranında güllələndi: Vəziyyəti ağırdır - FOTO 

Şou

16 Avqust 2024 17:46 1077


“Sıfır Bir” serialı ilə tanınan məşhur türkiyəli aktyor Tümer Adakaner Adanada restoranına edilən silahlı hücum nəticəsində ağır yaralanıb. 

Türkiyə mediası xəbər verir ki, aktyor kürəyindən güllələnib. 

Ağır yaralanan Tümer Adakaner müalicə üçün xəstəxanaya aparılıb və vəziyyətinin ağır olduğu bildirilib.  pizza hut

Hadisə ötən gün Seyhan rayonunun Döşeme məhəlləsindəki restoranda baş verib. Tümer Adakaner iş yerində çay içərkən yanına papaqlı bir kişi gəlib. Əvvəlcə ünvanı soruşan şübhəli daha sonra silahla Adakaneri kürəyindən vuraraq qaçıb. 

Polis qaçan şəxsin tapılması üçün əməliyyatlara başlayıb.//Sfera.az 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!