Tanınmış aktyorun son halı: Taksi sürücüsü işləyir - Video

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aktyorun son halı: Taksi sürücüsü işləyir - Video

Maraqlı

12 Mart 2024 21:50 4320


“Hərdən evə yorğun gələndə deyirəm ki, axı mən indi çəkilişdən gəlməli idim. Amma bir az hörmətim qalıb, onu da çəkilişlərdə itirmək istəmirəm”.

Yenisabah.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində taksi sürücüsü kimi də çalışan aktyor İlyas Əhmədov deyib.

Kirayədə yaşayan aktyor taksi fəaliyyətinə necə başlamasından danışıb: “Teatrdan 3-4 il uzaqlaşmalı oldum. Kreditlərim var idi. Borclarım yığılıb qalmışdı. İşləyib onları ödəməyə çalışıram”. pizza sifarişi

O, Azərbaycan seriallarında çəkilməməsinin səbəbinə də aydınlıq gətirib: “Teatrda işim çoxdur. Həm də taksi ilə başım dincdir. Seriallarda çəkilmək üçün verilən pul azdır. Həm də gərək yaltaqlıq edəsən”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!