9 mənzildən oğurluq edən şəxs həbs edilib.
“Yeni Sabah”ın məlumatına görə, əvvəllər məhkum olunmuş Raci Meybullayev ötən ilin avqust ayında Binəqədi Rayon Polis İdarəsi tərəfindən saxlanılıb və ona oğurluq maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb. Binəqədi Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrum edilən R.Meybullayev apellyasiya şikayəti verib. Raci Meybullayevin məhkəmə prosesinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədov sədrlik edəcək. Dominos pizza
Azər İsrafilov
Telegram kanalımız