Tanınmış aparıcı 5 illik fasilədən sonra televiziyaya qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış aparıcı 5 illik fasilədən sonra televiziyaya qayıtdı

Şou

10 Sentyabr 2020 20:33 4179


Yeni mövsümdə AzTV-də "Xəbərlər”i tanınmış teleaparıcı Samirə Mustafayeva təqdim edəcək.

Yenisabah.az xəbər verir ki, tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdıb.

Bu sahədə 16 illik təcrübəsi olan S.Mustafayevanın yeni iş yeri Azərbaycan Televiziyası (AzTV) olacaq. pizza hut

Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin "Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək.

S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək.

Həmin gün "Xəbərlər”i aparıcılar tamaşaçılara birgə çatdıracaqlar.

Onu da bildirək ki, "Xəbərlər” proqramı sentyabrın 14-dən etibarən efirə yeni və möhtəşəm dizaynla hazırlanmış studiyadan çıxacaq.

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.  /Azxəbər.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!