Türkiyənin məhşur aparıcısı Esra Erol ölümlə hədələnib.
Yenisabah.az xəbər verir ki, Esra Erol bir müddət əvvəl ifşa etdiyi saxta Mehdi Mustafa Çabukun saxta müridlərindən biri tərəfindən ölümlə hədələnib.
Saxta Mehdinin saxta müridlərindən olan Həsən adlı şəxs Esra Erolu açıq şəkildə ölümlə hədələyib. Sezar pizza
Şübhəli şəxs bu sözlərlə təhdidlər edib: "Ey Esra Erol canımı aldın, mən də sənin canını alacam. Sənə dəstək olanların da canını alacam. Hamının canını alacam".
Ona qarşı yönələn təhdidlərə səssiz qalmayan Esra Erol “Dünya mənə qarşı olsa belə, həqiqəti üzə çıxarmaqdan, haqqın yanında olmaqdan, təzyiqlərə və təhqirlərə məruz qalanları qorumaqdan əl çəkməyəcəyəm” deyib.
Aytac Şahin
Telegram kanalımız