Tanınmış azərbaycanlı rejissor VƏFAT ETDİ

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış azərbaycanlı rejissor VƏFAT ETDİ

Hadisə

22 İyun 2021 15:04 1049


Kinorejissor, dramaturq Çingiz Rəsulzadə vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya "ButaFilm"in icraçı direktoru Vidadi Rüstəmov məlumat verib.

Çingiz Rəsulzadə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb. Dördpendirli pizza

Rusiya istehsalı olan "Həyat haqqında mimlər" (2002) qısametrajlı bədii filminin və "Jestlər.. Barışıq" (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, "İkinci" qısametrajlı bədii filminin ssenari müəllifidir.

Allah rəhmət eləsin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!