Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış baş məşqçi “Neftçi” üçün Bakıya gəldi

İdman

24 Dekabr 2023 17:50 1468


Adrian Mutu ilə vidalaşan “Neftçi”nin yeni baş məşqçisinin kimliyi məlum olub.

Yenisabah.az xəbər verir ki, Miodraq Bojoviç “ağ-qaralar”ın sükanı arxasına keçəcək.

Monteneqrolu mütəxəssis bu gün səhər saatlarında Azərbaycana gəlib və klub idarəçiləri ilə görüşüb. Sezar pizza

O, hazırda “Neftçi Arena”dadır və yeni komandasının “Kəpəz”lə keçirdiyi Premyer Liqa matçını tribunadan izləyir.

Bakılılar bu ilin iyulunda bura dəvət etdiyi Adrian Mutu ilə 2 illik müqavilə imzalamışdı. Avrokuboklarda və Premyer Liqada nəticələr yaxşı olmayınca, onunla sözləşməyə vaxtından əvvəl xitam verilməsi zərurəti yarandı./Sportinfo.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!