Tanınmış dilçi alim vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış dilçi alim vəfat etdi - FOTO

Sosial

30 Oktyabr 2025 13:41 494


Naxçıvan Dövlət Universitetinin müəllimi, Filologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Quliyev dünyasını dəyişib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları bildirib.

Mərhumun ölüm səbəbi açıqlanmayıb. Ə.Quliyev 1939-cu ildə Şahbuz rayonunun Zərnətün kəndində anadan olub. 1968-ci ildə V.İ.lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (ADPU) Azərbaycan dili və ədəbiyyat ixtisasını bitirib. Dominos pizza

Əbülfəz Quliyev 1972-ci ildən NDU-nun Azərbaycan dilçiliyi kafedrasında və Naxçıvan Müəllimlər İnstitutunun dillər və ədəbiyyat kafedrasında işləyib. 1985-ci ildə “Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası” mövzusunda namizədlik işi müdafiə edib. 1998-ci ildən Azərbaycan Yazıçılar birliyinin üzvü olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!