“Beşiktaş”ın futbolçusu Dorukhan Toköz növbəti dəfə qalmaqallı addımla gündəmə gəlib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Enisə Sudə adlı “İnstagram” fenomeninə mesaj yazan yarımmüdafiəçi ifşa edilib.
26 yaşlı futbolçu bloqer xanımdan əvvəlcə türk olub-olmamasını soruşub, daha sonra ona görüşmə təklifi edib. İnfluencer cavabında “sən, deyəsən, mənim neçə futbolçunun mesajını ifşa etdiyimi bilmirsən” deyə yazıb. Bunu öyrənən Doköz mesajları silib. Lakin xanımın əvvəldən mesajların şəkilini çəkməsi futbolçuya baha başa gəlib. Dominos pizza
Qeyd edək ki, bir müddət öncə sevgilisi tərəfindən məhkəməyə verilən yarımmüdafiəçi sosial şəbəkə izləyiciləri tərəfindən tənqid atəşinə tutulub.



Telegram kanalımız