Tanınmış ginekoloqla bağlı 17 minlik qalmaqal: Polisə müraciət edildi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış ginekoloqla bağlı 17 minlik qalmaqal: Polisə müraciət edildi

Kriminal

16 May 2021 13:30 1430


Tanınmış mama-ginekoloq Aytən Səfərova ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, şikayətçi vətəndaş D.M. və onun həyat yoldaşı Ə.E.-dir.

Şikayətçilər iddia edir ki, A.Səfərovanın səhlənkarlığı ucbatından döl tələf olub. Buna görə də ər-arvad hüquq-mühafizə orqanlarına şikayət edərək həkimə verdikləri 17 min manat pulu geri tələb edirlər. Toyuqlu pizza

A.Səfərovanın nümayəndəsi, vəkil İntiqam Hacıyev bildirib ki, vətəndaşların şikayəti əsassızdır:

“Həmin vətəndaş süni mayalanma ilə bağlı Aytən Səfərovaya müraciət edib və süni mayalanma da uğurlu olub. Lakin qadın doğuşu başqa xəstəxanada edib və orada da uşaq tələf olub. Bizə də bu barədə hüquq-mühafizə orqanlarından heç nə deyilməyib”.

Qeyd edək ki, A.Səfərova 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2011-ci ildən Baku Medical Plazada Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsinin müdiri kimi çalışır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!