Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü 

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış həkim sevgilisi ilə birlikdə həyat yoldaşını döydü 

Hadisə

27 Fevral 2024 10:06 10717


Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. 

“Unikal”a istinadla bildiririk ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.

Belə ki, İbrahim Əsədli qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadınla birlikdə və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib. Toyuqlu pizza

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

Faktla bağlı araşdırma aparılır. 

  

  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!