Tanınmış həkim vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış həkim vəfat etdi - Foto

Hadisə

24 Dekabr 2023 00:07 1147


Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizi müalicə edərək həyata qaytaran türkiyəli həkim-professor Ahmet Çınar Yastı vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhum həkimin çalışdığı xəstəxanadan məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən 55 yaşında dünyasını dəyişib. Pepperoni pizza

Qeyd edək ki, Ahmet Çınar Yastı 1968-ci ildə Mersində dünyaya gəlib. O, Türkiyənin Ankara Şəhər Xəstəxanasının Yanıq Müalicə Mərkəzinin qurucusu və rəhbəri idi.

Türkiyəli həkim Vətən müharibəsində ağır yanıq travması alan qazilərimizin müalicəsində və sağlamlıqlarına qovuşmasında aktiv iştirak edib. Göstərdiyi fədakarlığa görə Azərbaycanın səhiyyə qurumları tərəfindən təltif olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!