Tanınmış idmançı Kamil Zeynallı maraqlı açıqlama verib.
Yenisabah.az xəbər verir ki, K. Zeynallı idmançı sosial şəbəkədə onun vasitəsilə üç kimsəsiz uşağın ailə tapdığını deyib:
“Bu uşaq təzə doğulanda körpələr evinə tərk edilmişdi. Allah məni çıxardı bu uşağın qarşısına. Mən körpələr evində olanda, videolar paylaşanda bir ailə bu uşağı mənim səhifəmdə gördülər və bir neçə aydan, prosesdən sonra bu uşağı övladlığa götürdülər, indi bu uşaq çox uzaqlardadır. Başqa bir ölkədə xoşbəxt ailə ilə yaşayır… Dominos pizza
Sevinirəm ki, bir uşağın həyatını dəyişməyə vasitəçi olmuşam. Bu uşaqdan başqa üç uşağın da övladlığa götürülməyində vasitəçi olmuşam. Mənim videolarımda görüb gedib qayda-qanunla uşaqları övladlığa götürüblər. Çox şükür, uşaqları götürəndən sonra sonra da 2-3 valideyn mənə yazıb təşəkkürlərini bildiriblər ki, səbəbkar siz olmusunuz…”
Telegram kanalımız