Tanınmış jurnalist “Kapital Bank”ı məhkəməyə vermək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış jurnalist “Kapital Bank”ı məhkəməyə vermək istəyir

Hadisə

02 Sentyabr 2023 16:35 2887


Tanınmış jurnalist Bəxtiyar Hacıyev "Kapital Bank"ı məhkəməyə vermək istəyir.

Yenisabah.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. B.Hacıyev kartından 322 manat artıq pul çıxıldığını qeyd edib. O, bildirib ki, "Kapital Bank"a müraciət edib, texniki səhv olduğu və gün ərzində pulun geri qaytarılacağı cavabı verilib. Lakin vəsait karta qaytarılmayıb.

"Pulumun gecikən hər dəqiqəsinə, saatına, gününə görə bankdan maddi təzminat tələb edə bilərəm, ya yox? "Kapital Bank"ı məhkəməyə verəcəm. Hansı vəkili və ya eksperti məsləhət görərdiniz? Hüquqi məsləhətə ehtiyacım var. Pulumu alıb qaytarmırlar. Deyirlər, müraciətinizə 10 iş günü ərzində baxılacaq. Hər gecikən günə görə təzminat tələb edəcəm", - jurnalist qeyd edib. pizza sifarişi


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!